Güclü zəlzələ oldu, 7 nəfər həlak oldu
Dünya 11 Eki 2025 10:32:00 84 0
Filippinin cənub sahillərində 7,4 və 6,8 bal gücündə iki güclü zəlzələ baş verib. Hadisə nəticəsində ən azı 7 nəfər həlak olub, bir neçə şəhərdə binalar və körpülər zədələnib.
Bu haberi de oku: Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏ
Son.az xəbər verir ki, zəlzələlərin episentri Davao Oriental əyalətinin Manay şəhəri yaxınlığında, dənizdə qeydə alınıb. İlk təkanlardan sonra sunami xəbərdarlığı elan olunsa da, sonradan ləğv edilib.
Filippin Seysmologiya İnstitutu (Phivolcs) sahil sakinlərinə daha yüksək ərazilərə köçməyi tövsiyə edib və afterşokların davam edə biləcəyi barədə xəbərdarlıq yayıb.
Prezident Ferdinand Marcos Jr. bildirib ki, "axtarış-xilasetmə işləri davam edir və zərər çəkənlərə yardım göstəriləcək".
Fidan Son.az