Xəstə qəsdən qanını həkimlərin üstünə sıçradıb onları da yoluxdurdu


Dünya 11 Eki 2025 10:42:00 83 0

Xəstə qəsdən qanını həkimlərin üstünə sıçradıb onları da yoluxdurdu

ABŞ-da tibbi işçilər pasiyentin qanı ilə təmasdan sonra HİV yoluxma riski ilə üzləşiblər.

Son.az xəbər verir ki, hadisə barədə "People" məlumat yayıb.

Şimali Karolinanın Roli şəhərində yerləşən universitet xəstəxanasının təcili yardım şöbəsinə 25 yaşlı Kemeron Gilkrist adlı kişi müraciət edib.

Diabet diaqnozu qoyulmuş pasiyent müalicə zamanı qəsdən biri qadın və kişi olmaqla iki tibb işçisinə hücum edib.

Gilkrist qəfil damarına vurulmuş iynəni çıxarıb və nəticədə onun qanı tibb işçilərinin gözünə sıçrayıb. Bu, onları HİV infeksiyasına yoluxma riski altına salıb, həmçinin selikli qişalarda qıcıqlanma yaradıb.


Habere ait fotoğraf