Peskov: "Gələn həftə Putinin böyük çıxışı olacaq"
Digərləri 28 Eyl 2025 19:21:00 150 0
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov qarşıdakı həftədə Rusiya Prezidenti Vladimir Putinin böyük çıxışının planlaşdırıldığını deyib.
Bu haberi de oku: Şəhid atasının təzyiq iddialarına aydınlıq gətirildi Rəsmi
Son.az bildirir ki, Peskov bunu "Rusiya-1" telekanalının jurnalisti Pavel Zarubin ilə söhbətində açıqlayıb.
"Kremldə çox sayda işgüzar görüşlər, beynəlxalq təmaslar olacaq və gələn həftə prezidentin kifayət qədər böyük bir çıxışı olacaq. Biz onun nə olduğunu, dəqiq harada və nə vaxt olacağını bildirəcəyik," - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Kaynak: milli.az