"O, böyük dövlətin əsl lideridir" Putindən Cinpinə


Digərləri 30 Ağu 2025 23:33:00 234 0

"O, böyük dövlətin əsl lideridir"  Putindən Cinpinə

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpini güclü iradəyə malik, strateji düşüncəli və qlobal baxışlı lider kimi xarakterizə edib.

Son.az xəbər verir ki, Putin Çinə səfəri ərəfəsində Sinxua agentliyinə verdiyi müsahibədə bildirib ki, "Prezident Si Cinpin ölkəsinin tarixinə diqqətlə yanaşır, milli maraqları ön planda tutur və bu gün dünyada bərabərhüquqlu dialoqun necə olmalı olduğunu nümayiş etdirir".

Rusiya lideri vurğulayıb ki, beynəlxalq siyasətin "çətin dönüş nöqtəsində" dövlətin başında belə bir şəxsin olması Çin üçün "son dərəcə vacibdir".

Putin həmçinin Si Cinpinin Rusiya ilə hərtərəfli tərəfdaşlığı inkişaf etdirmək istəyini yüksək qiymətləndirdiyini qeyd edib.

Fidan Son.az


Habere ait fotoğraflar