MİQ üzrə daha min vakant yer təqdim ediləcək
Digərləri 20 Ağu 2025 10:50:00 63 0
MİQ üzrə müsabiqənin digər mərhələsi avqustun 22-dən həyata keçiriləcək.
Bu haberi de oku: Bu səhvlər infarkt riskini artırır – İsti havalarda ürəyi qorumağın 7 əsas qaydası
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dair jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Bunun məqsədi müəllimlər üçün daha yüksək məvacibin verilməsidir:
"Birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır. Bu vakant yerlər müxtəlif regionları əhatə edəcək".