Bu səhvlər infarkt riskini artırır – İsti havalarda ürəyi qorumağın 7 əsas qaydası


Digərləri 20 Ağu 2025 06:06:00 62 0

Bu səhvlər infarkt riskini artırır – İsti havalarda ürəyi qorumağın 7 əsas qaydası

Yüksək temperatur və rütubət ürək sağlamlığı üçün ciddi təhlükə yaradır. İsti havada sürətli tərləmə bədənin susuz qalmasına, qan təzyiqinin dəyişməsinə səbəb olur və bəzi yanlış vərdişlər infarkt riskini artırır.

Son.az-ın məlumatına görə, kardioloq Doğaç Çağlar Gürbüz yerli mətbuata bildirib ki, havanın temperaturu 20 dərəcədən yuxarı olduqda hər əlavə 1 dərəcə infarkt riskini 2% artırır. Lakin sadə tədbirlərlə ürəyinizi qorumaq mümkündür.

İsti havalarda infarkt riskini azaltmaq üçün 7 vacib məsləhət:

Gündə 2,5 litr su için Yayda maye qəbulunun azalması qanı qatılaşdırır və laxtalanma riskini yüksəldir. Kofeinli və spirtli içkilərdən uzaq durun, çünki onlar susuzluğu daha da artırır.

Günəşin ən isti saatlarında kölgədə qalın Xüsusilə 65 yaşdan yuxarı, xroniki xəstəlikləri olanlar, hamilələr və uşaqlar diqqətli olmalıdır. Açıq rəngli və nəfəs alan pambıq parçadan olan geyimlər üstünlük təşkil etməlidir.

Ağır fiziki fəaliyyətdən çəkinin İsti havada ağır idman və sürətli hərəkətlər ürəyin yükünü artırır. İdmanı səhər erkən və ya axşam sərin vaxtlarda etmək daha faydalıdır.

Sağlam qidalanın Çox duzlu, yağlı, qızardılmış və hazır yeməklərdən uzaq durun. Yaz tərəvəzləri və təzə meyvələrlə yüngül qidalanmağa üstünlük verin. Enerji içkiləri və yüksək kofeinli məhsullar ürək ritminə mənfi təsir edə bilər.