Notbuk istifadəçiləri üçün vacib məsləhət: Batareyanızın vəziyyətini belə yoxlayın


Digərləri 20 Ağu 2025 05:05:00 61 0

Notbuk istifadəçiləri üçün vacib məsləhət: Batareyanızın vəziyyətini belə yoxlayın

Zaman keçdikcə hər bir notbuk batareyasının tutumu azalır. Bu da cihazın enerji ilə avtonom işləmə müddətinin qısalmasına səbəb olur. Əgər notbukunuzu yalnız elektrik şəbəkəsinə qoşulu vəziyyətdə istifadə etməyə məcbur qalırsınızsa, artıq batareyanın vəziyyətini yoxlamağın vaxtıdır.

Son.az xəbər verir ki, mütəxəsisslərin fikrincə, "MacBook" cihazlarında batareya haqqında məlumatlar sistem parametrlərində mövcud olsa da, "Windows" istifadəçiləri bu məlumatı Komanda sətri vasitəsilə əldə etməlidirlər.

Windows notbuklarda batareya vəziyyəti necə yoxlanılır?

Bu təlimat Windows 10 və Windows 11 sistemləri üçün keçərlidir:

Başlat menyusunu açın və axtarış hissəsinə "Komanda sətri" (Command Prompt) yazın.

Açılan qara pəncərədə bu əmri daxil edin: powercfg /batteryreport Sonra Enter düyməsini basın.

Sistem batareya haqqında hesabat yaradacaq və faylın saxlanıldığı fayl yolu ekranda görünəcək.

"battery-report.html" adlı bu sənədi açın - hesabat brauzer üzərindən göstəriləcək.

"Installed batteries" (Quraşdırılmış batareyalar) bölməsində iki əsas göstəriciyə diqqət yetirin:

Design capacity (Zavod tutumu)

Full charge capacity (Cari maksimal tutum)

Tutumun nə qədər azaldığını hesablamaq üçün bu formulu tətbiq edin: