Əhalinin orta boyu və çəkisi açıqlandı


Digərləri 19 Ağu 2025 23:08:00 60 0

Əhalinin orta boyu və çəkisi açıqlandı

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 santimetr, orta çəkisi isə 69,7 kiloqram təşkil edir.

Son.az xəbər verir ki, bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 15-19 yaşlı şəxslərin orta boyu 160,3 santimetr, çəkisi 53,6 kiloqramdır.

20-44 yaş qrupunda bu göstəricilər müvafiq olaraq 168,3 santimetr və 68,7 kiloqram, 45-64 yaş aralığında isə 168,4 santimetr və 74,3 kiloqramdır.

Ümumilikdə, kişilərin orta boyu 171,5 santimetr, orta çəkisi 73,8 kiloqram, qadınlarda isə 163,7 santimetr və 66,1 kiloqramdır.