Antibiotik qəbul edərkən bu qidaları yemək olmaz
Digərləri 19 Ağu 2025 20:00:00 75 0
Antibiotik qəbul edərkən bəzi qidalardan imtina etmək tövsiyə olunub.
Son.az xəbər verir ki, "qazeta.ru"ya açıqlama verən pediatr Aygül İsrafilova bildirib ki, antibiotiklər orqanizmin bakterial infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin yanlış qidalanma onların təsirini azalda bilər.
Onun sözlərinə görə antibiotik qəbul edərkən süd məhsullarından, alkoqollu içkilərdən, turş meyvə və şirələrdən, çox şəkərli və lifli qidalardan uzaq durmaq lazımdır.
Həkim izah edib ki, süd, yoqurt və pendirdəki kalsium bəzi antibiotiklərlə birləşərək onların qana sorulmasını azaldır və nəticədə təsirini zəiflədir. Alkoqol isə ürəkbulanma, qusma, başgicəllənmə, yuxululuq kimi əks təsirləri gücləndirir və qaraciyərə əlavə yük salaraq orqanizmin müqavimətini azaldır.