Bakıda gənc yazıçının mənzildən meyiti tapıldı
Digərləri 19 Ağu 2025 18:48:00 75 0
18:48
Bu haberi de oku: Rəqsanənin apellyasiya şikayətinə baxılacaq
Bakıda Nizami rayonunda mənzildə ölən 27 yaşlı gənclə bağlı təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, mənzildən meyiti tapılan Ayxan Kaşanlı gənc yazar olub.
Ayxanın fotosunu təqdim edirik:
------- 17:38
Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Cəmşid Naxçıvanski küçəsi, bina 43, mənzil 84 ünvanında qeydə alınıb. 27 yaşlı Ayxan Kaşanlının meyiti yaşadığı evdə tapılıb.
Mərhumun qonşularının sözlərinə görə, A.Kaşanlı subay idi, bacısına və onun uşaqlarına baxırdı:
"Hadisə günü bacısı işdə, uşaqları isə evdə olub. Bacısı səhər evə gələndə qardaşının meyitini görüb. Çox əziyyət çəkən uşaq idi. Motosikletlə kuryerlik edirdi".
Faktla bağlı araşdırma aparılır.