Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu
Digərləri 19 Ağu 2025 20:48:00 53 0
Çindən qadın 5 illik həbs cəzasından yayınmaq üçün 4 il ərzində 3 uşaq dünyaya gətirib.
Bu haberi de oku: Azərbaycan icması rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi
Son.az xarici mediaya istinadla bildirir ki, Çen Hun 2020-ci ilin dekabrında dələduzluğa görə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin hamilə qadınlara və yeni doğulmuş körpəsi olan analara cəzanı həbsxanadan kənarda, nəzarət altında çəkməyə imkan verən qanun normaları sayəsində o, azadlıqda qala bilib.
2021-2025-ci illər arasında Çen eyni kişidən üç uşaq dünyaya gətirib və hər dəfə həbs cəzasını təxirə salmaq üçün hakimiyyət orqanlarına tibbi sənədlər təqdim edib. Lakin hüquq-mühafizə orqanlarının diqqətini onun üçüncü uşağı ilə birgə yaşamaması çəkib. Yoxlama nəticəsində məlum olub ki, körpənin qeydiyyatı Çenin keçmiş gəlininin adına rəsmiləşdirilib.