Uzun sürən xəstəlikdən sonra Arif Qaraşovun


Digərləri 19 Ağu 2025 22:11:00 66 0

Uzun sürən xəstəlikdən sonra Arif Qaraşovun

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Arif Qaraşovun səhhəti indi daha yaxşıdır. Ajans.az xəbər verir ki, onun oğlu Fərhad Qaraşovun sosial media hesabında atası ilə Monteneqrodan paylaşım edib. 

Qeyd edək ki, bir müddət əvvəl onun səhhətində ciddi problemlər yarandığı xəbər saytlarında yer almışdı. Xəbərlərə görə, Arif Qaraşov, onkoloji (xərçəng) xəstəliyindən əziyyət çəkir.

A.Qaraşov xarici ölkələrdə və Azərbaycanda müayinə olunub, müalicə kursu keçib. Onun müalicəsi Milli Onkologiya Mərkəzində davam etdirilir. Keçmiş məmur kimyaterapiya alır.

Qeyd edək ki, Arif Xanoğlan oğlu Qaraşov 1953-cü ildə anadan olub. O, 2005-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib.