Aeroport yolundakı dəhşətli qəzada ölən Təbrizin FOTOsu


Digərləri 20 Ağu 2025 15:08:00 87 0

Aeroport yolundakı dəhşətli qəzada ölən Təbrizin FOTOsu

Xəbər verdiyimiz kimi, 4 gün əvvəl Suraxanı rayonu, Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Unikal"a istinadla xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.

Belə ki, avtomobilində texniki nasazlıq yarandığından sürücü 1991-ci il təvəllüdlü Təbriz Güloğlan oğlu Şəfiyev yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb.

Digər nəqliyyat vasitəsinin nasazlıq yaranan avtomobilə çırpılması nəticəsində sürücü 34 yaşlı T.Şəfiyev həyatını itirib.