Növbəti iki gündə külək güclənəcək XƏBƏRDARLIQ


Digərləri 20 Ağu 2025 18:00:00 61 0

Növbəti iki gündə külək güclənəcək  XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, habelə ölkənin bəzi bölgələrdə avqustun 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Qobustan, Neftçala, Cəlilabad, Mingəçevir, Yevlax, Tərtər, Bərdədə şimal-qərb küləyi əsəcək, sürəti 20.8-28.4 m/san-dək güclənəcək.