Xocalıda 2,8 milyon manatlıq işlərə başlanılır
Digərləri 20 Ağu 2025 21:13:00 80 0
Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Daşbulaq və Badara yaşayış məntəqələrinin xarici və daxili elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsinə və KTM-lərin quraşdırılmasına başlanılır.
Bu haberi de oku: Yeniyetmə 1015 manata görə öldürülübmüş TƏFƏRRÜAT
Son.az-ın məlumatına görə, sözügedən işlər Xocavənd, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması çərçivəsində həyata keçirilir.
Belə ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) qeyd olunan işlərin icrasını "19 Saylı Tikinti Təmir İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2 786 950 manat ödənilib.
Kaynak: milli.az