Tovuzda zəhərlənən 5 nəfərdən üçü azyaşlıdır


Digərləri 20 Ağu 2025 23:30:00 78 0

Tovuzda zəhərlənən 5 nəfərdən üçü azyaşlıdır

23:30

Tovuzda dönərdən zəhərlənən şəxslərin adları məlum olub

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən şəxslər Tovuz rayonun Əyyublu kənd sakinləri - 2002-ci il təvəllüdlü N. Tağıyev, 2024-cü il təvəllüdlü K. Tağıyev, 2021-ci il təvəllüdlü R. Tağıyev, 2010-cu il təvəllüdlü E. Tağıyev və ailənin daha bir üzvüdür.

Hazırda zəhərlənənlərin müalicəsi davam etdirilir.

---------- Tovuzda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Son.az-ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Belə ki, bir ailənin 5 üzvü yedikləri dönərdən zəhərlənib. Zəhərlənən şəxslər təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdiriliblər. /APA