Sabah yağış yağacaq, şimşək çaxacaq
Digərləri 20 Ağu 2025 12:43:00 61 0
Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu haberi de oku: Adəm Məmmədovun vəkilliyinə xitam verildi
Son.az xəbər verir, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.