Azərbaycana Rusiya və Ukraynadan gələnlərin sayı rekord həddə
Digərləri 20 Ağu 2025 15:17:00 76 0
2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 min 436 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.
Bu haberi de oku: Rusiyada yanacaq qıtlığı yaranıb
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, gələnlərdən 2 milyon 67 min 278 nəfəri Rusiya, 109 min 158 nəfəri Ukrayna vətəndaşıdır.
Eyni zamanda 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min 549 nəfər, Ukrayna vətəndaşlarının sayı isə 17 min 138 nəfər olub.
Kaynak: milli.az