Rusiyada yanacaq qıtlığı yaranıb
Digərləri 20 Ağu 2025 14:22:00 63 0
Rusiyada yanacaq çatışmazlığı qiymətlərin yüksəlməsinə səbəb olub.
Bu haberi de oku: Paytaxtın daha iki ünvanında minibdüşmə yeri yaradıldı
Son.az xəbər verir ki, "Kommersant" nəşrinin məlumatına görə, bir neçə iri neftayırma zavodunda aparılan təmir işləri benzinin bazara çıxan həcmində azalmaya yol açıb.
Bu isə ölkədə benzin qıtlığına gətirib çıxararaq, birjada topdan satış qiymətlərinin artmasına təsir göstərib.
Hökumət vəziyyəti sabitləşdirmək məqsədilə benzin ixracına məhdudiyyət qoyub və bazarda gərginliyi azaltmaq üçün əlavə tədbirlər hazırlayır. Lakin mütəxəssislər kənd təsərrüfatında əkin-biçin mövsümünün yaxınlaşdığı bir vaxtda yanacaq istehsalını artırmadan vəziyyətin normallaşmasının çətin olduğunu vurğulayırlar.
Kənan Son.az