"Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib"
Digərləri 20 Ağu 2025 14:00:00 75 0
"Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8.3 faiz azalıb. Həmin müddətdə ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib".
Bu haberi de oku: 6 vəkilə xəbərdarlıq edildi, 1 vəkilə isə töhmət
Son.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat körfəzdən Azərbaycana ən çox turist göndərən ölkənin Səudiyyə Ərəbistanı olduğunu bildirib:
"Bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. 26 min 602 nəfər isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olublar. Küveytli turistlərin sayı 14 min 779 nəfər olub.
Həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 1 milyon 477 min nəfər olub. Körfəz və MBD dövlətlərindən gələnlərin sayının azalması ümumi saya təsirsiz ötüşməyib. Eyni zamanda, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır.