Bakı metrosunda qadın uşaq dünyaya gətirdi
Digərləri 08 Ağu 2025 08:54:00 75 0
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Bu haberi de oku: Məşhur antidepressantın satışı dayandırıldı Təhlükəli maddə aşkarlandı
Bu barədə Son.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
Kaynak: milli.az