Sabah çimərliklərdə suyun temperaturu necə olacaq?


Digərləri 08 Ağu 2025 14:25:00 56 0

Sabah çimərliklərdə suyun temperaturu necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata əsasən, avqustun 9-da arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) +27 dərəcədən +28 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) +28 dərəcədən +29 dərəcəyədək olacaq.