Cəlilabadda Qərb kəşfiyyatının ifşa etdiyi yeraltı baza


Digərləri 07 Ağu 2025 17:31:00 70 0

Cəlilabadda Qərb kəşfiyyatının ifşa etdiyi yeraltı baza

Cəlilabadda Qərb kəşfiyyatının ifşa etdiyi yeraltı hərbi baza bu gün də qalır.

Son.az "teleqraf"a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Ağdaş kəndi ərazisində Sovet İttifaqı dövründə inşasına başlanılmış, lakin tamamlanmamış yeraltı hərbi obyektin qalıqları bu gün də durur.

Meşəlik ərazidə, yerin bir neçə metr dərinliyində yerləşən bu tikilinin bir vaxtlar sovet ordusunun gizli hərbi bazalarından biri kimi istifadə olunması planlaşdırılıb. Kənd sakinlərinin sözlərinə görə, ərazinin strateji mövqeyi nəzərə alınaraq burada səmadan görünməyən hava hücumundan müdafiə sistemi qurulması nəzərdə tutulub.

Tikinti işlərinə 1965-ci ildə başlansa da, 1968-ci ildə iş qəfildən dayandırılıb və yeraltı bunkerlərin əsas girişləri betonlanıb. Məlumata görə, inşaatın dayandırılmasına səbəb Qərb kəşfiyyatının bu hərbi obyektlə bağlı məlumat əldə etməsi olub.

Hazırda yalnız bunkerlərin dəhliz hissəsinə daxil olmaq mümkündür. Bir neçə yüz metr uzunluğundakı yeraltı keçidlər müəyyən aralıqlarla və qapılarla ayrılıb.