Polis dağlarda əməliyyat keçirdi: silahlı dəstə saxlanıldı


Digərləri 07 Ağu 2025 17:45:00 58 0

Polis dağlarda əməliyyat keçirdi: silahlı dəstə saxlanıldı

Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb.

Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 yaşlı Tahir İsmayılov, qohumu 49 yaşlı Oktay Gülüyev və tanışları 59 yaşlı Nizami Qarayev müəyyən olunaraq saxlanılıb.

Əraziyə baxış keçirilərkən narkotik tərkibli bitkilər, qanunsuz saxlanılan 2 ədəd ov tüfəngi və digər maddi sübutlar aşkarlanıb.

Şübhəli şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.