AZAL İranın iki şəhərinə uçuşlara başlayır
Digərləri 07 Ağu 2025 17:10:00 66 0
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir və 3 sentyabr 2025-ci il tarixindən etibarən yeni Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.
Bu haberi de oku: Bakıda avtoyuma məntəqəsindən maşın oğurlandı
AZAL-dan Trend-ə bildirilib ki, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı-Təbriz-Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək.
Həmçinin 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə - bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.