OpenAI şirkəti GPT5 modelini istifadəyə verdi
Digərləri 07 Ağu 2025 22:45:00 81 0
Amerikanın OpenAI şirkətinin məşhur ChatGPT çatbotu üçün hazırladığı yeni GPT-5 süni intellekt modeli artıq bütün istifadəçilər üçün əlçatan olub.
Bu haberi de oku: Əsirlikdə işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər FOTO
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin X (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.
"GPT-5 burada. Bu gündən etibarən hər kəs üçün əlçatan olacaq", - paylaşımda qeyd olunub.
OpenAI-nin bildirdiyinə görə, yeni model əvvəlki versiyaların ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir və tədqiqat, təhlil, proqramlaşdırma və problem həlli sahələrində daha da inkişaf etdirilib.
Bundan əlavə, istifadəçilərə cavab tonunu seçmək imkanı verilib. İndi beş fərqli şəxsiyyət rejimi mövcuddur: standart, kinli, robot, dinləyici və nerd. Şirkət həmçinin səs rejimini təkmilləşdirib, mesajlar üçün rəng sxemləri əlavə edib və Google poçtu ilə Google təqvimini birləşdirmək funksiyasını istifadəyə verib.