Bəzi reyslər ləğv edilir Təmirə görə
Digərləri 07 Ağu 2025 18:36:00 87 0
Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
Bu haberi de oku: Sabah Bakıda 38 dərəcə isti olacaq
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Belə ki, saat 07:20-də Bakı-Xırdalan-Sumqayıt, 08:30-da Bakı-Xırdalan, 08:00-da Xırdalan-Bakı qatarı, saat 06:25-də Bakı-Pirşağı-Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt-Xırdalan-Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı-Xırdalan, 18:10-da Bakı-Xırdalan-Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt-Xırdalan-Bakı, 18:20-də Xırdalan-Bakı, 19:27-də Sumqayıt-Xırdalan-Bakı, 19:02-də Sumqayıt-Pirşağı-Bakı (ekspres) reysləri ləğv edilir.
Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.
Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.