Yol polisi sərnişin daşıyanlara müraciət etdi
Digərləri 07 Ağu 2025 18:24:00 90 0
Baş Dövlət Yol Polisi İdərəsi avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib.
Bu haberi de oku: Kənd qeydiyyatında olan uşaqlar şəhərdəki məktəblərdə təhsil ala bilər?
Bu barədə Milli.az-a BDYP-dən məlumat verilib.
"Yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir. Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.
Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir.