Adil Əliyev bu məmurları işdən çıxardı


Digərləri 08 Ağu 2025 14:55:00 64 0

Adil Əliyev bu məmurları işdən çıxardı

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) bir neçə əməkdaşı vəzifədən azad edilib.

Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Adil Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, bir neçə ay əvvəl Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müdir təyin olunan Mütəllim Astanov vəzifəsindən azad olunub.

Eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azad Əzizov, həmin şöbənin baş məsləhətçisi Fidan Xankişiyeva, eləcə də İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Çingiz Cəfərov və Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) Elmar Abbasov tutduqları vəzifədən azad ediliblər.