Dünya Türkiyədəki bu hadisədən danışır
Digərləri 08 Ağu 2025 13:55:00 67 0
Türkiyənin Muğla vilayətində dəhşətli insident yaşanıb. Britaniya vətəndaşı Lisa Ceyn Di Palma avtomobil tərəfindən vurulub, daha sonra isə sürücü onun üzərindən yenidən keçməyə çalışıb.
Bu haberi de oku: Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı "A Haber" yayıb.
Bildirilib ki, hadisə zamanı sürücünün sərxoş olduğu ehtimal olunur.
Baş verənlərə dair görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Yaralı turist dərhal xəstəxanaya yerləşdirilib. Sürücü isə polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Onun sərxoş olub-olmaması ilə bağlı tibbi ekspertiza təyin edilib.
Kənan Son.az
Kaynak: milli.az