Ağdərədə yanğın Helikopter cəlb olundu


Digərləri 08 Ağu 2025 10:23:00 78 0

Ağdərədə yanğın  Helikopter cəlb olundu

Ağdərədə ərazisində yanğının baş verdiyi əraziyə helikopter cəlb olunub.

Son.az xəbər verir ki, gecə saatlarından yanğın Ağdərənin Suqovuşan kəndi yaxınlığında başlayıb.

Yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.