Azərbaycanda əlini sükandan çəkən sürücülər cərimələnəcək
Digərləri 08 Ağu 2025 13:14:00 70 0
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraciət edib.
Bu haberi de oku: Yol polisi sərnişin daşıyanlara müraciət etdi
Son.az-a daxil olan müracətdə bildirilir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır.
Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq ediləcəkdir.