Vardan Arutyunyan saxlanıldı


Digərləri 08 Ağu 2025 13:43:00 79 0

Vardan Arutyunyan saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyanı saxlayıblar.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Antikorrupsiya Komitəsi yayıb.

Arutyunyan qanunsuz sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulmasında iştirak etməkdə ittiham olunur.

Hazırda Antikorrupsiya Məhkəməsində onun həbs olunması ilə bağlı təqdim olunmuş vəsatətə baxılır.

Qeyd edək ki, Vardan Arutyunyan 2016-2018-ci illərdə Dövlət Gəlirləri Komitəsinə rəhbərlik edib. Bundan əvvəl isə "Qazprom Ermənistan" şirkətində baş direktor vəzifəsində çalışıb.

Kənan Son.az