Son iki ayın ən güclüsü olacaq Alimlərdən xəbərdarlıq


Digərləri 07 Ağu 2025 11:53:00 81 0

Son iki ayın ən güclüsü olacaq   Alimlərdən xəbərdarlıq

Alimlər Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğasının müşahidə ediləcəyini bildiriblər.

Son.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri bu barədə rəsmi Telegram kanallarında məlumat yayıblar.

Avqustun 5-də baş verən M4.4 səviyyəli böyük günəş alışması nəticəsində tac kütləsinin atılması Yerə ciddi təsir göstərə bilər. Alimlər bildiriblər ki, Yerin maqnit sahəsinə təsir əvvəlki ehtimallardan qat-qat güclü ola bilər. Modellər göstərir ki, planet yüksək sürətli plazma buludu ilə toqquşacaq və bu da geomaqnit aktivliyini artıracaq.

Plazmanın Yerə avqustun 8-də Moskva vaxtı ilə təxminən saat 07:00-da çatacağı gözlənilir. Lakin, Yer kürəsinin tac dəliyi zonasına daxil olması səbəbindən maqnit pozuntuları artıq cümə axşamı gecədən başlaya bilər.