Sabah 41 dərəcə isti olacaq


Digərləri 06 Ağu 2025 12:31:00 88 0

Sabah 41 dərəcə isti olacaq

Sabah hava necə olacaq?

Bu haberi de oku: Azərbaycanda FACİƏ:

Avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olacaq.

Havanın temperaturu gecə 25-29, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.