ETİHİnin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər FOTO


Digərləri 05 Ağu 2025 13:40:00 80 0

ETİHİnin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər  FOTO

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Latviya və Litvada məktəb direktorları üçün beynəlxalq təcrübə proqramı həyata keçirilib. Proqramın əsas məqsədi idarəetmədə innovativ yanaşmaların öyrənilməsi, pedaqoji inkişafın təşviqi və məktəb rəhbərlərinin Avropa təcrübəsi ilə tanışlığı olub.

Son.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkədə təhsilin inkişafı üzrə qəbul olunmuş dövlət strategiyasına uyğun olaraq bu təşəbbüsə təşkilati dəstək göstərib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi siyahıya əsasən proqramda 34 məktəb direktorundan 20 nəfəri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə iştirak edib.

Qeyd edək ki, nümayəndə heyətində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qönçə Hacıyeva iştirak ediblər.