İlk 6 ayda diplomu tanınmayan şəxslərin sayı açıqlandı
Digərləri 05 Ağu 2025 22:17:00 85 0
Bu ilin ilk 6 ayı ərzində diplom təsdiqi üçün 2755 müraciət qeydə alınıb.
Bu haberi de oku: Bakıda sərnişin avtobusu qəza törətdi
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin müraciətçilərin 2357-si barədə müsbət qərar verilərək, onlara müvafiq şəhadətnamələr təqdim edilib.
"İlk 6 ayda 398 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Mənfi qərarla yekunlaşan müraciətlər Rusiya Federasiyası, Ukrayna, Gürcüstan və Türkiyə Respublikasının payına düşür", - deyə məlumatda qeyd edilib.
Kaynak: milli.az