Yayda üz dərisi səpkilərini necə müalicə etmək olar?


Digərləri 06 Ağu 2025 05:05:00 67 0

Yayda üz dərisi səpkilərini necə müalicə etmək olar?

Yay aylarında insanların əksəriyyətində üzdə səpkilər, sızanaqlar və qızartılar müşahidə olunur.

Bəs bunun səbəbləri nədir ? 

Son.az xəbər verir ki, mütəxəssislər bunun əsas səbəblərinin isti hava, tərləmə, günəş şüaları və düzgün dəri baxımının aparılmaması ilə bağlı olduğunu bildirirlər.

Dermatoloqların sözlərinə görə, yayda dərinin yağ balansı dəyişir, məsamələr daha tez tutulur və bu, iltihablı dəri problemlərinə yol açır. Xüsusilə SPF qoruyucu kremlərdən istifadə etməyən və dərini gün ərzində təmiz saxlamayan şəxslərdə səpkilərin daha sıx müşahidə olunduğu qeyd olunur.