"WhatsApp" milyonlarla hesabı sildi SƏBƏB


Digərləri 06 Ağu 2025 11:00:00 85 0

"WhatsApp" milyonlarla hesabı sildi  SƏBƏB

Texnologiya nəhəngi Meta fırıldaqçılıq və dələduzluq cəhdləri ilə əlaqəli 6,8 milyon "WhatsApp" hesabını silib.

Son.az xəbər verir ki, şirkətin verdiyi məlumata görə, bu hesabların əksəriyyəti Cənub-Şərqi Asiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar şəbəkələr tərəfindən idarə olunan fırıldaq mərkəzləri ilə əlaqəli olub.

Meta-nın yaydığı açıqlamada bildirilir ki, bu mərkəzlərdə çox vaxt məcburi əməyə cəlb edilən insanlar vasitəsilə saxtakarlıq həyata keçirilir. Şirkət "WhatsApp"ın bu saxta hesabların böyük hissəsini aktivləşmədən əvvəl aşkarlayıb blokladığını vurğulayıb.