Türkiyədə "ət yeyən" bakteriya yayılıb? – Nazirlikdən açıqlama
Digərləri 06 Ağu 2025 15:57:00 60 0
Türkiyədə son günlər dəniz suyunun istiliyinin artması ilə əlaqədar olaraq "ət yeyən bakteriya" kimi tanınan Vibrio haqqında narahatlıq yaranıb. Bu bakteriyalar açıq yaralardan bədənə keçərək ağır infeksiyalara səbəb ola bilər.
Bu haberi de oku: Telekommunikasiya sahəsində bir sıra tariflər tənzimlənib
Son.az xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi xəbərdarlıq edib ki, Vibrio bakteriyaları Baltik və Şimal dənizlərindən sonra digər sahillərdə də aşkarlanıb. ABŞ-da son yoluxma halları 4 nəfərin ölümünə səbəb olub.
Türkiyədə isə vəziyyət fərqlidir. Səhiyyə Nazirliyi açıqlayıb ki, 2025-ci il üzrə ölkədə Vibrio bakteriyası ilə bağlı heç bir yoluxma halı qeydə alınmayıb.
Mərmərə, Egey və Aralıq dənizlərində su analizlərində Vibrio bakteriyalarının DNT izlərinə rast gəlinib, lakin insanlarda yoluxma aşkar edilməyib.