Bakı–İstanbul reysi təxirə salındı
Digərləri 06 Ağu 2025 22:45:00 62 0
6 avqust tarixində nəzərdə tutulan "AJET" aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı-İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.
Bu haberi de oku: Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kq narkotik vasitə aşkarlandı
Son.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Təhlükəsizlik məqsədilə sərnişinlər təyyarədən endirilərək gözləmək üçün terminala yönləndirilib. Hazırda onların aviaşirkət tərəfindən otellərə yerləşdirilməsi və digər zəruri prosedurlar həyata keçirilir.
Sözügedən reysin 7 avqust 2025-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə yalnız aviaşirkətin rəsmi nümayəndəliyinə və əlaqə kanallarına müraciət etməyi tövsiyə edir. Uçuşun yeni vaxtı, aviabiletlərlə bağlı dəyişikliklər və digər məsələlərlə bağlı məlumatlar birbaşa aviaşirkət tərəfindən təqdim olunur", - hava limanından bildirilib.