Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? Rəsmi
Digərləri 06 Ağu 2025 20:30:00 63 0
Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu haberi de oku: Tərdən saralmış geyimləri qartopu kimi ağardır Bir qaşıq bəs edir
Son.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və hər hansı ağır klinik hal müşahidə olunmayıb.
Məlumatı yayan şəxs isə xəstəxananın əməkdaşı deyil. Bir daha qeyd edək ki, yayılan məlumat tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır", - məlumatda bildirilib.
Qeyd edək ki, sosial mediada sözügedən xəstəxanada işlədiyini iddia edən tibb bacıları azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə xəbərlər yayırlar.