"Whatsapp"da yenilik Nömrə olmadan da yazışmaq olacaq
Digərləri 06 Ağu 2025 19:30:00 65 0
WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilərlə ünsiyyət qurmağa imkan verəcək.
Bu haberi de oku: Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kq narkotik vasitə aşkarlandı
Son.az xəbər verir ki, yeni funksiyanın izlərinə tətbiqin son beta versiyasında rast gəlinib.
Necə işləyir?
Yeni dialoq yaradarkən "telefon nömrəsi olmadan" seçimini etmək kifayətdir. Sistem bu zaman unikal bir keçid (link) yaradacaq. Həmin linki istənilən messencer, e-poçt və ya sosial şəbəkə vasitəsilə göndərmək olar. Lakin söhbət tərəflərindən ən azı birinin cihazında WhatsApp quraşdırılmış olmalıdır.
Məhdudiyyətlər:
Yeni funksiya rahat olsa da, bir sıra məhdudiyyətlərə malikdir:
Foto, video, GIF, səsli mesaj göndərmək və zəng etmək mümkün deyil.