Telekommunikasiya sahəsində bir sıra tariflər tənzimlənib
Digərləri 06 Ağu 2025 16:22:00 68 0
Telekommunikasiya sahəsində bir sıra tariflər tənzimlənib.
Bu haberi de oku: Tramp: İsrailin Qəzza zolağını işğal planlarından xəbərim yoxdur
Trend-in məlumatına görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon (məftilli və simsiz) çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30,0 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7,0 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) həyata keçirilən şəhərlərarası (rayonlararası) telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,03 manat təsdiq edilib. Şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu tarifə 0,8 əmsalı tətbiq ediləcək.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan taksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili (rayondaxili) istiqamətdə 0,02 manat, şəhərlərarası (rayonlararası) istiqamətdə 0,05 manat təsdiq edilib.