Ötən ay xaricdə təhsil alan neçə şəxsin diplomu tanınmayıb?
Digərləri 06 Ağu 2025 17:42:00 96 0
İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu haberi de oku: Yol polisi nömrələri parça ilə bağlayan sürücülərə çağırış etdi
Bu barədə Son.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bİldirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 78 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 5 dövlət nümunəli olmayan transkript (qismən tanınmaya münasibətdə), 5 dövlət nümunəli olmayan diplom, 4 təhsilalma forması, 3 əhəmiyyətli fərq (kredit sayı), 3 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 2 tədris yükü, 1 bakalavr diplomuna imtina verilməsi səbəbilə, 1 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmanı göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyə Respublikasından 285, Rusiya Federasiyasından 228, Ukraynadan 55, Birləşmiş Krallıqdan 28, Gürcüstandan 25, Konqo və Çin Xalq respublikalarının hər birindən 8, İtaliya Respublikasından 6, Macarıstandan və Polşa respublikalarının hər birindən 5, Belarus, Latviya və Almaniya Federativ respublikalarının hər birindən 4, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan və Çex respublikalarının hər birindən 3, İran İslam Respublikası, Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, Koreya, Litva, Özbəkistan, Slovakiya, Əlcəzair Xalq Demokratik, Somali Federativ və Pakistan İslam respublikaları, Kanada, həmçinin İspaniya və İordaniya Haşimilər krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.