Rusiyada güclü zəlzələdən sonra inanılmaz həqiqət üzə çıxdı
Digərləri 06 Ağu 2025 16:35:00 61 0
Xəbər vediyimiz kimi, 30 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Kamçatka yarımadası sahillərində 8,7 bal gücündə güclü zəlzələ baş verib. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 161 km məsafədə yerləşib.
Bu haberi de oku: Bu günün valyuta məzənnələri
Son.az xəbər verir ki, zəlzələ nəticəsində yarımada təxminən 2 metr cənub-şərqə doğru yer dəyişib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Bildirilir ki, bu dəyişiklik Yaponiyada 2011-ci ildə baş verən Tohoku zəlzələsi ilə müqayisə edilə bilər.
2011-ci ildə baş vermiş və 9.0 bal gücündə qeydə alınan Tohoku zəlzələsində də torpaq səthində oxşar dəyişikliklər müşahidə edilmişdi. Həmin zəlzələ də tarixdə qeydə alınmış ən güclü beşinci zəlzələ olaraq yadda qalmışdı.
Zəlzələdən sonrakı 12 saat ərzində 130-dan çox afterşok qeydə alınıb. Ümumilikdə, bölgədə 700-ə yaxın təkan baş verib. Həmçinin, Klyuçevskaya Sopka vulkanı püskürüb, bir neçə digər vulkan da aktivləşib.