Kəlbəcərdə 39 yaşlı kişi minaya düşdü
Digərləri 05 Ağu 2025 22:10:00 78 0
Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
Bu haberi de oku: Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi
Son.az APA-ya istinadən bildirir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Kaynak: milli.az