Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin nəzərinə


Digərləri 06 Ağu 2025 11:31:00 74 0

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin nəzərinə

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq.

Bu barədə Son.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, "İmtahanlar" bölməsində yerləşən "Lisey seçimi" hissəsindən həyata keçirə bilərlər.