Azərbaycanın buğda idxalında ciddi artım Rəy
Digərləri 05 Ağu 2025 21:14:00 101 0
Bu ilin birinci yarısında Azərbaycan ümumilikdə 602 min 255 ton buğda idxal edib ki, bu da ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm göstəricidir. Buğdanın idxal dəyəri isə 130 milyon 661 min ABŞ dolları təşkil edib ki, bu da ölkənin bu sahəyə ciddi maliyyə resursları ayırdığını göstərir. Eyni zamanda, Azərbaycanda buğda idxalı 56% artıb. Həmçinin, hər il kənd təsərrüfatına yatırılan investisiyalar artmasına baxmayaraq, xaricdən idxal edilən məhsullar da artır. Belə böyük həcmdə idxal isə həm daxili bazarın tələbatını ödəmək, həm də ərzaq təminatını stabilləşdirmək məqsədi daşıyır.
Bu haberi de oku: İnfarktdan əvvəl ürək necə xəbərdarlıq edir?
Bəs, bu artımın əsas amilləri hansılardır?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məhsuldarlığın artırılması üçün keyfiyyətli toxumlardan istifadənin, düzgün aqrotexniki qulluğun vacibliyi təbliğ və təşviq olunur.
Qeyd edək ki, mövcud göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımından isə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.
Məlumat üçün bildirək ki, ötən il yanvar-iyun aylarında isə Azərbaycana buğda idxalı 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton olub.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Trend-ə açıqlamasında qeyd edib ki, buğda idxalının artması müəyyən səbəblərlə əlaqələndirilə bilər:
"Ölkədə təbii şəraitin əlverişli olmaması, istilərin kəskinləşməsi və təbii fəlakətlər buğda istehsalının aşağı olmasının əsas səbəblərindəndir. Bununla belə, Azərbaycanda daha çox ərzaqlıq buğda xaricdən idxal edilir ki, bu da təbiidir, çünki buğda rentabelli məhsul sayılmır. Ölkədə təxminən 1 milyon hektar sahə dənli-paxlalı bitkilər üçün ayrılıb, lakin qeyd olunan səbəblərdən buğdanın məhsuldarlığı yüksək deyil. Qarşıya qoyulan əsas məqsəd sahələrin genişləndirilməsi deyil, məhsuldarlığın artırılmasıdır".