Yay düşərgəsində böyük maraq yaradan “Xankəndi” paneli FOTO


Digərləri 05 Ağu 2025 18:50:00 75 0

Yay düşərgəsində böyük maraq yaradan “Xankəndi” paneli  FOTO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyi Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində "Xankəndi" adlı panel təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə keçirilən paneldə Xankəndidə doğulan, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova, Xankəndidən olan və hazırda Norveçdə yaşayan azərbaycanlı musiqiçi Arzu Rzayeva, professor Solmaz Tohidi və Xankəndi sakini Xatirə Vəliyeva iştirak ediblər.

Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə üçrəngli bayrağımızı qaldırmasının görüntüləri, həmçinin Xankəndi şəhərinin salınma tarixi ilə bağlı Azərbaycan və ingilis dillərində videomaterial nümayiş olunub.

Qədim Azərbaycan torpaqlarında salınan Xankəndi şəhərinin zəngin tarixi və burada əzəli Azərbaycan mədəniyyətinin mövcudluğu barədə tarixi faktlar səsləndirilib, Xankəndinin erməniləşdirilməsi və tarixi ədalətin bərpa olunaraq şəhərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilməsindən danışılıb. Həmçinin panelin xankəndili iştirakçıları xatirələrini danışıb, 30 ildən sonra Qarabağa qayıdışın sevincini bölüşüblər.